• $
  • €
  • ₽
  • ₺
  • £

Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı

Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı
27.11.2019 13:41
Rusiyanın Novqorod şəhərində azərbaycanlı yerdən pulqabı tapıb.

Anews.az oxu.az-a istinadla xəbər verir ki, pulqabının içərisində 1,5 min rubl (39.9 AZN) və bank kartları olub.
Rza İ. 1000 rubldan (26.6 AZN) artıq mal alarsa, pin kodu bilməyə ehtiyac olmadığını bildiyi üçün fərqli mağazalardan 3.600 (95.76 AZN) rubldan çox alış-veriş edib.

Növbəti gün 41 yaşlı Rza yenə fərqli mağazalardan 2,6 min rubl (69.16 AZN) alış-veriş edəndən sonra bu hadisəni qeyd etmək üçün Novqorod kafelərindən birinə gedib, lakin oradan ac qayıdıb.

Çünki bu müddət ərzində kart sahibi kartı bloklayıb və polisə müraciət edib.
Məhkəmə prosesində bəlli olub ki, Rza istintaq prosesi zamanı kart sahibini tapıb, xərclədiyi pulu qaytarıb və ondan üzr istəyib.
Buna görə zərərçəkən hakimdən cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə cinayətin orta ağır olduğunu, Rzanın daha əvvəl məhkum olunmadığını, vurduğu ziyanı ödədiyini və himayəsində iki uşağın olduğunu nəzərə alaraq tələbi qəbul edib.

Məhkəmə qərarına əsasən, Rza sərbəst buraxılıb, məhkəmə xərcləri isə federal büdcə hesabına ödənilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol