• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan bu ünvanlarda avtomobilini saxlayanlar CƏRİMƏLƏNƏCƏK

Sabahdan bu ünvanlarda avtomobilini saxlayanlar CƏRİMƏLƏNƏCƏK
30.11.2019 16:31
Sabahdan Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metropoliteninin "Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Sürücülərə tövsiyə edilir ki, şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini, bunun üçün təşkil olunan cib tipli dayanacaq məntəqəsində etsinlər. Bunu edərkən nizamlı şəkildə növbəlilik qaydalarına əməl etmələrini və yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla nəqliyyatın hərəkətini məhdudlaşdırmamaları xahiş edilir.

Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı, mənzil başına vaxtında uzlaşmalarına səbəb olur.

Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.

Eyni zamanda qeyd edilməlidir ki, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol