• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın su ehtiyatları 15 faiz azalıb" - Nazirdən XƏBƏRDARLIQ

"Azərbaycanın su ehtiyatları 15 faiz azalıb" - Nazirdən XƏBƏRDARLIQ
04.12.2019 11:55
"Azərbaycanda da su çatışmazlığı problemi yaşanmaqdadır. Azərbaycanda 70 faiz çaylar su mənbəyi hesab olunur. Son illərdə yağıntıların azalması ilə əlaqədar Xəzər dənizinin və çayların səviyyəsi azalır".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son onilliklərdə su ehtiyatları 15 faizə qədər azalıb: "2050-ci ilə qədər isə daha 15 faiz azala bilər. Suyun azalması eroziyaya, torpağın deqradasiyasına gətirib çıxarır. Suyun effektiv istifadəsi iqlimin dəyişikliyinin qarşısının alınmasında müsbət rol oynayır".

Nazir qeyd edib ki, ECO ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu, ətraf mühitin qorunmasında böyük kömək olacaq: "İqlim dəyişikliyi konteksində dayanıqlı inkişaf üzrə antropogen risklər var. Təbii risklər dedikdə, yağıntıların azalması, anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Anomal iqlim dəyişmələri Azərbaycanda da müşahidə edilir. Kənd təsərrüfatı məhsullarının əksəriyyəti suvarılan sahələrdə yetişdirilir. Azərbaycanda da su çatışmazlığı problemi yaşanmaqdadır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol