• $
  • €
  • ₽
  • ₺
  • £

Martin Kleinmann: "Azərbaycanda hotellərin sayı yetəri qədər deyil"

Martin Kleinmann: "Azərbaycanda hotellərin sayı yetəri qədər deyil"
04.12.2019 22:00
"Azərbaycanda hotellərin sayı yetəri qədər deyil".

APA-nın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinmann bildirib. Onun sözlərinə görə, yaxın illərdə Azərbaycana gələn turistlərin sayı artacaq:

"Buna görə də çoxlu sayda hotelin olması lazımdır. Bakıda demək olar ki, hər cür hotel var və burada 4 və 5 ulduzlu hotellərin sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çoxdur. Ona görə də bu sahəni tənzimləmək labüddür ki, turistlər öz büdcələrin uyğun mehmanxanalara yerləşə bilsinlər".

AHA prezidenti qeyd edib ki, Azərbaycan hökuməti regionların inkişafına, infrastrukturunun qurulmasına böyük dəstək göstərir:
"Hesab edirik ki, hotellərin infrastrukturunun qurulmasına da dəstək göstərilməlidir. Bu dəstək olarsa, regionlarda müxtəlif ulduzlu hotellərin olması məsələsi də tənzimlənəcək".

M.Kleinmann əlavə edib ki, Azərbaycanın dağlıq ərazilərində də hotellərin tikilməsi çox vacibdir:

"Artıq bəzi ərazilərdə bir neçə hotel var. Onlar əsasən xizək sürən turistlər üçün nəzərdə tutulub və mövsümüdür. Fikrimiz budur ki, bu cür hotelləri mövsümü etməyək, onları bütün il ərzində turistləri qəbul edə bilən məkana çevirək".

Assosiasiya prezidentinin sözlərinə görə, Azərbaycanın elə gözəl əraziləri var ki, ora demək olar ayaq basılmayıb, araşdırılmayıb:
"Belə məkanlar turistlərə maraqlı olur. Buna görə də dağlıq ərazilərdə hotellərin tikilməsi nəzərdən keçirilməlidir. Lakin bəzi ölkələrin təcrübələrinə əsasən deyə bilərik ki, hər hansı təhlükənin yaranmaması üçün belə ərazilərdə tikinti yerləri düzgün seçilməli, təbiətə ziyan vurulmamalıdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol