• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib

Kapital Bank beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib
09.12.2019 10:48
Kapital Bank növbəti beynəlxalq İT Festivalın keçirilməsinə dəstək göstərib. "DepFest 2019” tədbiri Android, Web və buludsuz texnologiyalarına üstünlük verən, onlardan aktiv istifadə edən İT mütəxəssislər və tələbələr üçün hazırlanan bir texnologiya festivaldır. Məlumat üçün bildirək ki, ənənəvi tədbir dünyanın bir çox ölkələrində keçirilir.

"DevFest 2019”da dünyanın bir çox ölkəsindən gələn, bu sahədə öz sözünü demiş mütəxəssislər İT sahəsindəki son trendlər, texnologiyalar və bir-birindən maraqlı mövzular haqqında çıxışlar ediblər. Eyni zamanda, bu mövzular haqqında maraqlı vorkşoplar tədbir boyu nümayiş olunub. "Baku DevFest 2019”un qonaqları arasında Amazon, SnapEngage, RPG TeC, AİLab, Zalando kimi şirkət və startup-ların qurucu və İT mütəxəssisləri yer alıb.

"Bildiyiniz kimi Kapital Bank hazırda informasiya texnologiyaları sahəsinə böyük diqqət ayıraraq, rəqəmsallaşmaya önəm verir. Ötən həftə IBM şirkəti ilə birgə möhtəşəm "DevDay in Baku’19” tədbirini keçirdik. Bu gün isə Google ilə birgə "Baku DevFest 2019”u təşkil etdik. Hər iki tədbirdə dünyanın tanınmış mütəxəssisləri tərəfindən çıxışlar oldu. Əminəm ki, bu kimi tədbirlər ölkənin informasiya texnologiyaları sahəsinə, həmçinin sürətlə inkişaf edən rəqəmsal bankçılığa öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov bildirib.

Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində "İT Təcrübə” yazmaqla  [email protected] ünvanına göndərə bilərlər.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol