• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda multimilyonerlərin sayı açıqlandı

Azərbaycanda multimilyonerlərin sayı açıqlandı
10.12.2019 08:30
Azərbaycan multimilyonerlərin sayının ən sürətlə artdığı ölkələrdən biridir.


Virtualaz.org xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə Londonda mənzillənmiş nüfuzlu beynəlxalq şirkət  olan Knight Frank LLC-nin "The Wealth Report” adlı hesabatında göstərilir.


2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb. Multimilyonerlərin sayı isə 5500 nəfər azalıb. 2015-ci ilin sonlarına olan məlumata görə dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var. Ötən il belələrinin sayının azalması fond indekslərinin aşağı düşməsi, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsi, habelə neftin və digər xammalın kəskin ucuzlaşması ilə bağlıdır.


Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onlarıns sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib. Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur. Varlıların sayının ən sürətli artdığı ölkələr arasında birinci yerdə Monqolustan gəlir-2005-ci ildən bu yana həmin ölkədə multimilyonerlərin sayında 475 faiz artım olub. İkinci yerdə isə 444 faiz artımla Azərbaycan gəlir. Vyetnam 354 faizlə üçüncü yerdədir.




 

Sənəddə deyilir ki, 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dollar və daha çox olan şəxslərin sayı təqribən 1000 nəfər olub, 2015-ci ildə isə belələrinin sayı 5600 nəfərə çatıb. Maraqlıdır ki, neftin kəskin ucuzlaşmasına baxmayaraq 2014-cü ilə nisbətən multimilyonerlərin sayı 2015-ci ildə daha 100 nəfər artıq olub.


Hesabata əsasən 2015-ci ilin sonlarında rəyi soruşulan varlıların yarıdan çoxu hesab edib ki, onların sərvəti qarşıdakı 10 ildə daha az olacaq. Latın Amerikadan olan varlıların hamısı, Rusiya və MDB respublikalarından olan varlıların isə 50 faizi belə düşünür.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol