Sərnişinlərə şad xəbər: Bakıda avtobuslarda yenilik

Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa "MasterCard” vasitəsilə ödəyə biləcək.
Trend-in məlumatına görə, bunu "MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir.
E.Çakarın sözlərinə görə, Bakıda da bu sistemi tətbiq etmək lazımdır:
"Bu gün Bakı regional miqyasda iri şəhərə çevrilib, hər il turistlərin sayı artır. İctimai nəqliyyatda plastik kartla ödəniş sistemini tətbiq etmək zərurəti yaranıb və "MasterCard” bu tapşırığı öhdəsinə götürür”.
O əlavə edib ki, bununla paralel olaraq "MasterCard” "Bakıkart”la birgə ödəniş kartının müəyyən olunan limiti başa çatdıqdan sonra avtomatik doldurulması ilə bağlı layihə müzakirə edilir.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 