• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu

Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu
12.12.2019 17:35
Tərtərdəki silahlı insidentdə şübhəli bilinərək, saxlanılan şəxslərdən odlu silahdan əlavə, psixotrop dərmanlar da götürülüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dekabrın 9-da Tərtər şəhəri Səməd Vurğun küçəsində odlu silahdan açılan atəş nəticəsində 32 yaşlı Behbudov Mansur Oqtay oğlu yaralanıb.

Cinayətkar yaxın məsafədən zərərçəkmişin ağzına atəş açıb. Güllə xəsarəti alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə köçürülüb. M. Behbudovun vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

Faktla bağlı dekabrın 10-u gecə saatlarında, paytaxtda gizlənməyə çalışan iki nəfər şübhəli şəxs saxlanılıb. Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.

Lakin Oxu.Az-ın müxbirinin araşdırması nəticəsində məlum olub ki, hadisəyə görə üç nəfər saxlanılıb. Onlardan ikisi Tərtər, biri isə Bakı şəhər sakinidir.
Təqsirləndirilənlər - qarət və soyğunçuluqda ittiham olunaraq cəza çəkmiş 1996-cı il təvəllüdlü Ağazadə Sənan Zahid oğlu, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərə daxil olaraq hədə-qorxu yolu ilə soyğunçuluq həyata keçirmiş 1988-ci il təvəllüdlü Hüseynov Sərvər Fərman oğlu və Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Heydərzadə Mikayıl İlham oğludur.

Sonuncu saxlanılan zaman şübhəli şəxslərin əyləşdiyi "Priora” markalı avtomobili idarə edib.
Avtomobil polislər tərəfindən Binəqədi rayonu Azadlıq prospektində saxlanılıb. Əməliyyatçılar avtomobildə apardıqları axtarış nəticəsində lüləsi kəsilmiş ov tüfəngi, 29 ədəd metandienon psixiatrop dərman həbləri və 11 ədəd deksametazon həbi aşkar ediblər.

İlkin istintaq araşdırmalarından sonra məlum olub ki, kişilər arasında insident şəxsi münasibətlərə aydınlıq gətirilərkən baş verib. Lakin lüləsi kəsilmiş ov tüfənginin hansı məqsədlə əldə olunması faktı istintaq tərəfindən araşdırılmalıdır. Əvvəllər soyğunçuluqda ittiham olunan şəxslərin bu dəfə silahlı basqın planlaşdırdıqları istisna olunmur.

Cinayət faktı ilə əlaqədar istintaq davam etdirilir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol