• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq” abunəçinin sayğac göstəricilərinin hesablanması ilə bağlı şikayətinə aydınlıq gətirdi - Foto

“Azərişıq” abunəçinin sayğac göstəricilərinin hesablanması ilə bağlı şikayətinə aydınlıq gətirdi - Foto
12.12.2019 23:49
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə "Azərişıq” tərəfindən abunəçilərin sayğaclarının müəyyən edilmiş müddətdə (30 gün) oxunmaması və bu səbəbdən də artıq sərfiyyat yazılması ilə bağlı məlumatlar yayılıb.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yayılan məlumatlara münasibət bildirib.

Onun sözlərinə görə, "Azərişıq” ASC-nin proqram təminatı imkan verir ki, istehlakçıya aid bir neçə məlumatın təhlili ilə kim olduğu müəyyənləşsin:
"Şikayət edən abunəçinin iddiasının əksinə olaraq onun sayğacının son oxunma müddəti daha tez olub. Şəkildə görünən bildiriş istehlakçı Nigar Zeynalovaya aiddir. Xətai Rayonu, Əhmədli Qəsəbəsi, Zığ yolu ünvanında qeydiyyatdadır. İstehlakçı ilə hesablaşma aparılan sayğacın oxunma vaxtı hər ayın 8-9-u aparılmaqdadır. Noyabr ayında göstərici ayın 7-si və oxunma tsiklinin vaxtı 29 gün olub (oktyabr ayında 9-u oxunduğu üçün). Abonentin dili ilə desək, burada "Azərişıq”a ziyan dəyib. Lakin buna belə baxmaq doğru deyil.

Hər ay əvvəlki ayın sayğac indeksi ilə fərq tapılır və sərfiyyat ona görə hesablanır. Bayram və qeyri iş günlərinə düşdüyü zaman 1-2 gün fərq ola bilir. Lakin bu gecikmədən abonent Nigar Zeynolavaya heç bir ziyan dəyməyib. İstehlakçı 32-gün ərzində 528 kVts istifadə edərək 300 kVts-güzəşt limitini 228 kVts keçib. Bir aylıq (30 gün olanda) sərfiyyatı ortalama olaraq 495 kVts-dır. Belə olan halda limiti 195 kVts keçmiş sayılır. Növbəti sayğac oxunmasında bildirişdə göstərilən əvvəlki ayın göstəricisi ilə fərqi görəcək. Elektrik enerji sərfiyyatı təqvim günlərinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq elektrik enerjisinin sərfiyyatı sonuncu sərfiyyat göstəricisindən əvvəlki sərfiyyat göstəricisi çıxılaraq 300 kVt/saata qədər 7 qəpikdən, 300 kVt/saatdan sonrakı sərfiyyat isə 11 qəpikdən hesablanır. Hesablama avtomatik olaraq bazada aparılır. Burada insan faktoru yoxdur”.
T.Mustafayevin sözlərinə görə, "Azərişıq” ASC-nin əməkdaşı sadəcə elektrik sayğacının sərfiyyat göstəricisini bazaya daxil edir. Yəni, aylıq sərfiyyat tam dəqiqliklə hesablanır və verilən bildiriş-xəbərdarlıqda öz əksini tapır. (Oxu.az)
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol