• $
  • €
  • ₽
  • ₺
  • £

"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT/FOTO

"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT/FOTO
13.12.2019 18:51
Səbail rayonunda ictimai asayişi pozan, Xətai rayonunda isə polisə odlu silahla silahlı müqavimət göstərən şəxslərə qarşı cinayət işləri başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az -ə verilən məlumata görə, daxili işlər orqanları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində baş verən bir neçə cinayət faktının üstü "isti” izlərlə açılıb.
Belə ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, saxlanılan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər. Bölmədə araşdırma aparılan zaman onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və qohumu Mahmud Məmmədov olmaları müəyyən ediliblər.
Hər iki şəxs barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Keçirilən daha bir əməliyyat zamanı isə polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub.
Belə ki, dekabrın 12-də Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən 2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Mağazanın sahibi baş verən hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, Kamran Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, qanunsuz olaraq üzərində odlu silah gəzdirmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb və onun Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib.
Qeyd edək ki, Elşad Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirib və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Saxlanılan zaman Elşad Məmmədovun üzərindən "Makarov” tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol