• $
  • €
  • ₽
  • ₺
  • £

Nəcəf Nəcəfovun xatirəsinə həsr olunmuş film təhvil verilib - FOTOLAR

Nəcəf Nəcəfovun xatirəsinə həsr olunmuş film təhvil verilib - FOTOLAR
14.12.2019 09:24
16 dekabr Kino Evində Nəcəf Nəcəfovun xatirə gecəsi keçiriləcək.

Tədbirdə görkəmli jurnalistə həsr olunmuş "Vətəndaş Nəcəfov” filmindən fraqmentlər nümayiş olunacaq, dostlarının xatirəsi dinləniləcək.

Müasir Azərbaycan mətbuatının banilərindən biri olan, ictimai-siyasi xadim Nəcəf Nəcəfova həsr olunmuş "Vətəndaş Nəcəfov” filmi "Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal edilib.

Sənədli filmdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, eyni zamanda demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizə aparan Nəcəf Nəcəfovun yaxın dostları və həyat yoldaşı mərhumu xatirələrlə yad edir, eyni zamanda onun jurnalistika və siyasətdəki fəaliyyətindən bəhs edirlər.

Yeri gəlmişkən, "Vətəndaş Nəcəfov” filminin yaranmasında əsas məqsəd Nəcəf Nəcəfovun həyatı, fəaliyyəti vasitəsilə onun prinsipial və vətənpərvər xarakterli şəxsiyyətini geniş formada tamaşaçıların nəzərinə çatdırmaqdan ibarətdir.

Filmin ssenari müəllifi və rejissoru Turan Yaqublu, operatoru Rafiq Əliyev, montaj Davud Mikayılov, bədii rəhbər Tahir Tahiroviç, prodüser İqbal Məmmədəliyevdir.

Xatirə gecəsi 16 dekabr, saat 18.00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində keçiriləcək.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol