• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”

İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”
14.12.2019 13:30
Sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb.
 
Modern.az xəbər verir ki, bu barədə Turqut Qəmbər özü şəxsi feysbuk hesabında paylaşım edib.
 
"Bu gün növbədənkənar parlament seçkilərində iştirak etmək məqsədiylə namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm”, - deyə Turqut Qəmbər bildirib.
 
Qeyd edək ki, İsa Qəmbərin 30 yaşlı oğlunun seçkilərə qatılması maraqla qarşılanıb.
Bəs görəsən, Turqut Qəmbərin seçkilərdə iştirak qərarı iqtidarın gəncləşmə siyasətinə dəstək nümayişi ola bilərmi?
 
Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirdi ki, o, İsa Qəmbərin oğlunun bu addımını normal qarşılayır:
 
"İsa Qəmbər Azərbaycanın vətəndaşıdır, oğlu da həmçinin və konstitusiyanın ona vermiş olduğu hüquqlardan istifadə edərək öz namizədliyini irəli sürüb. Bunun gəncləşmə siyasətinə nə adiyyatı ola bilər ki? Düşünürəm yüzlərlə gənclərimiz var ki, müxtəlif dairələrdən seçkilərə qatılaraq özlərini sınayacaqlar. Ölkənin bütün sahələrində həyata keçirilən islahatların müəllifi cənab prezidentdir. Təbii ki, bu müəlliflik prezidentə aid olan bir şeydir. Ölkədə prezident tərəfindən yeni ab-hava yaradılıb. Bu ab-havada da gənclərimiz fəallaşıb. Bu kimi məsələlər də çox yaxşı bir haldır. Tövsiyyə edirəm ki, gənclərimiz daha da fəallaşsınlar, gələcək ciddi siyasi proseslərə özlərini hazırlasınlar. Bu baxımdan dəyərləndirsək, bunun özü də ciddi bir platformadır. Bu prosesə qoşulan hər kəsə uğurlar arzulayıram. Hesab edirəm ki, son seçim və söz xalqın olacaq”.
 
Fəzail Ağamalı qeyd edib ki, birinin digərindən nə üstünlüyü, nə də aşağılığı var:
 
"Onların hər biri ölkənin vətəndaşıdır. Hər birinin də seçib-seçilmək hüququ var. Bu hüquqdan da güc tapıb istifadə edən hər kəsin addımını da normal qarşılamaq lazımdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol