• $
  • €
  • ₽
  • ₺
  • £

17 yaşlı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi - DƏHŞƏTLİ ƏLAMƏTLƏR

17 yaşlı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi - DƏHŞƏTLİ ƏLAMƏTLƏR
15.12.2019 11:33
17 yaşlı Ariana Rey Delf "Epşteyn-Barr" virusu nəticəsində yaranan infeksion mononukleozu ilə xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Yoluxma adətən tüpürcək yolu ilə yoluxduğundan bu xəstəliyə "öpüş xəstəliyi" də deyilir.
Anews.az medicina.az-a istinadən bildirir ki, qız əvvəlcə baş ağrısı və ciddi yorğunluqdan şikayət edib. Sonra onda üç həftə ərzində qrip əlamətləri görünüb. Həmin vaxt tibb işçiləri ona diaqnoz qoya bilməyiblər.
Amerikalı qızda qusma halları başlayanda isə xəstəxanaya yerləşdirilib. Xəstəxanada 17 yaşlı qızda beyinə ciddi zərər vuran insult qeydə alınıb. İlk simptomlardan üç həftə sonra pasient vəfat edib.
Qeyd edək ki, "Öpüş xəstəliyi" adətən uşaqlarda görünür, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi və qızdırma ilə müşahidə edilə bilir. Xəstəliyin yoluxaraq inkişaf etməsi və müddəti isə ona yoluxan adamın ümumi müqavimətindən asılı olur.
Sonra virus limfadan qan vasitəsilə bütün orqanizmə yayılır və badamcıqların böyüməsi, boğazda qızartı, yüksək qızdırma ilə müşayiət olunur. 20% xəstələrdə qara ciyərin böyüməsi müşahidə edilir. Öpüş xəstəliyi insanda 7-8 gün 39-39,5 qızdırma ilə müşahidə edilir. Xəstəliyin əlamətləri isə heç bir antibiotik vasitəsilə aradan qalxmır.

"Öpüş xəstəliyi" ağır gedişə malik olan xəstəliklərdən hesab edildiyinə görə diaqnozun təsdiq edildiyi şəxsi ən azı 15 gün ətrafdakılardan tədric eləmək lazımdır. Xəstəlik zamanı dalağın və qara ciyərin böyüməsinı nəzərə alaraq mütləq həkimə müraciət etmək və xəstənin istifadə etdiyi bütün əşyaları ayırmaq lazımdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol