• $
  • €
  • ₽
  • ₺
  • £

Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin qızıdır

Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin qızıdır
15.12.2019 16:54
Azərbaycanlı gənc xanım Nigar Mövsümlü ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbul olunub.

Modern.az-ın məlumatına görə, Nigar Mövsümlü Qarabağ döyüşlərində batalyon komandiri olmuş İlyas Hüseynovun qızıdır. Bu barədə ehtiyatda olan polkovnik Nazim Bayram bildirib.

"Xocavənd batalyonun komandiri olmuş rəhmətlik İlyas Hüseynovun övladı Nigar Mövsümlünün Harvard Universitetinin magistraturasına qəbulu xəbəri qəlbimizi fərəh və qürur hissi ilə doldurdu!

Nigar Mövsümlü eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında daim fəaldır.
Komandirin ruhu şad olsun. Onun həyat və mübarizə yolunun layiqli davaçmısı, Azərbaycanımızın fəxri, qızımız Nigara daha böyük nailiyətlər arzu edirəm!”, - Nazim Bayram bildirib.

Nigar İlyas qızı Mövsümlü 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi "Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Nigar Mövsümlünün atası mərhum komandir İlyas Hüseynov Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşıdır.

İlyas Mövsüm oğlu Hüseynov Xocavənd batalyonunun komandiri, ikinçi qrup Qarabağ müharibəsi əlilidir. 1961-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub.

1992-ci ilin yanvar ayında İlyas Hüseynov Muğanlı kəndində yaradılan ilk rəsmi bölüyün komandiri təyin olunub və 6 yanvar 1992-ci ildə Qarakənd kəndi istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, 11 və 16 yanvar tarixlərində ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısının alınması məqsədi ilə keçmiş Martuni (Xocavənd) şəhərində aparılan döyüş əməliyyatlarının əsas təşkilatçısı və iştirakçılarından biri olub.

I5.07.92-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Xocavənd rayonundakı özünümüdafiə dəstələrinin bazası əsasında 831 saylı hərbi hissə yaradılıb və İlyas Hüseynov həmin hərbi hissdə Artilleriya batareyasının komandiri təyin edilib.

14 avqust və 16 avqust 1992-ci ildə Xocavənd Plotəpə yüksəkliyi uğrunda aparılan və uğurla başa çatdırılan döyüş əməliyyatlarında məhz İlyas Hüseynovun batareyasının köməyi ilə erməni ordusunun 10-larla əsgəri məhv edilib, 1 T-72 tankı, 2 ədəd minaatanı sıradan çıxarılıb.

Onun rəhbərlik etdiyi batareya düşmənə bir neçə dəfə ağır zərbə vurub.

26 yanvar 1994- cü il tarixdə Nərgiztəpə uğrunda gedən döyüşlərdən sonra böyük itkilər bahasına olsa da, Xocavənd rayonunun, Dağlıq Qarabağın kiçik bir hissəsi işğaldan azad olunur.

10 aprel 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyev cəbhə xəttinə gəlir və İlyas Hüseynovun rəhbərlik etdiyi taborun müdafiə rayonunda olur, əsgərlər qarşısında çıxış edir və onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırır.

İlyas Hüseynov sonrakı müddətdə ermənilərlə döyüşlərdə bir neçə dəfə yaralanıb.

1994-cü ildə ağır kontuziya alması səbəbindən səhhəti İlyas Hüseynova hərbi qulluğunu davam etdirməyə imkan verməyib və II qrup Qarabağ müharibəsi əlili kimi ehtiyata çıxıb.

İlyas Hüseynov Qarabağ döyüşlərdində aldığı yaralar səbəbilə 2006-cı il aprel ayının 14-də 45 yaşında dünyasını dəyişib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol