• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kriminogen durum nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Bakıda kriminogen durum nə yerdədir? – RƏSMİ AÇIQLAMA
16.12.2019 15:24
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ildən-ilə genişlənir. Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın polis orqanları tərəfindən də narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə bildirib ki, bu istiqamətdə kriminogen durum fasiləsiz izlənilir, təhlil edilir, baş verən dəyişikliklərlə əlaqədar adekvat tədbirlər görülür, narkotik cinayətlərinin uçotu aparılır:
"Paytaxt rayonları üzrə 2019-cu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 1091 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 393-ü satışla əlaqəlidir. Qanunsuz dövriyyədən 337 kq-dan çox narkotik vasitə çıxarılmışdır".

Nazirlik rəsmisi əlavə edib ki, planlı şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər, o cümlədən profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara vaxtında və çevik reaksiya verilməsi cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirir:
"Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən etibarlı müdafiəsi paytaxtın bütün rayonları əhatə edir. Ona görə cinayətkarlığın artım indeksində paytaxtın rayonları arasında kəskin fərqlənmə yoxdur. Bu gün maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol