• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA

Bu sürücülərlə bağlı DYP-dən VACİB AÇIQLAMA
16.12.2019 16:27
Bir neçə gün əvvə yol polisinin əlilliyi olan sürücü ilə qalmaqallı görüntüləri yayılmışdı. Videoda yol polisləri sürücünü yük maşınından zorla endirmək istəyərkən məlum olmuşdu ki, həmin şəxsin bir ayağı protezdir. Məlum görüntülər sosial şəbəkələrdə tənqid edildi, DYP açıqlama verdi ki, həmin sürücü yol polislərinin həyatını təhlükə atdığı üçün ona sərt müdaxilə edilib. Digər tərəfdən də sürücünün əlil olmasından DYP əməkdaşları xəbərsiz olub. Bu hadisə özü ilə başqa bir mövzunu gündəmə gətirdi. Əlilliyi olan sürücülər hansı avtomobilləri, hansı şəkildə idarə edə bilər?

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova və yol nəqliyyat eksperti Ərşad Hüseynova müaricət etdik.

Vaqif Əsədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, əlilliyi olan əxslərin avtomobil idarə etmələrində heç bir problem yoxdur. Ancaq idarə edilən avtomobil fiziki qüsuru olan şəxsə uyğun olaraq xüsusi avadanlıqlarla təchiz edilməlidir: "Məsələn avtomobil idarə edən şəxsin əlil və ya ayağı yoxdursa həmin avtomobil  mütləq ona uyğun şəkildə hazırlanmalıdır. Avtomobillərdə bu cür təchizatlar təhlükəsizlik tədbirlərinə əsasən fəaliyyətinə icazə verilmiş sexlərdə quraşdırılmalıdır. Belə avadanlıqların kustar üsulla hazırlanması bir qədər təhlükəli ola bilər. Bəhs etdiyimiz avadanlıqlar istənilən avtomobildə şəxsə uyğun olaraq quraşdırıla bilər".

Bəzi xəstəliklərə yoluxan insanlara isə ümumiyyətlə sürücülük vəsiqəsi verilmir. Yol nəqliyat eksperti Ərşad Hüseynov bildirdi ki, sürücülük vəsiqəsinin verilib-verilməməsində yaş və xəstəlik əsas rol oynayır: "Səhiyyə Nazirliyinin 46 saylı qərarına əsasən müəyyən xəstəlikləri olan insanlara sürücülük vəsiqəsinin verilməsi qadağandır. Sürücülük vəsiqəsinin verilməsi üçün tibbi cəhətdən əsas tələblər görmək və sinir sistemi ilə bağlıdır. Bura şəkər xəstəliyi də daxildir. Ancaq, sürücülük vəsiqəsinin verilməməsi hər bir şəkər xəstəsinə aid deyil. Burada xəstəliyin müəyyən dərəcələri əsas götürülür. Bəzi hallarda isə bəhs edilən xəstəliklərin olduğu şəxslərə qısa müddətliyinə sürücülük vəsiqəsi verilir. Növbəti tibbi yoxlamadan keçəndə isə xəstəliyin dərəcəsinə görə, yenidən qərar verilir".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol