• $
  • €
  • ₽
  • ₺
  • £

Müasir Azərbacan mətbuatının yaradıcısı Nəcəf Nəcəfovun ölümündən 20 il keçir

Müasir Azərbacan mətbuatının yaradıcısı Nəcəf Nəcəfovun ölümündən 20 il keçir
17.12.2019 08:58
Bu gün  müasir Azərbaycan tarixinin ən nurlu simalarından biri olan Nəcəf Nəcəfovun vəfatından 20 il ötür. Aşağıdakı sətirlər də elə həmin vaxt Nəcəf bəyin vəfatı münasibətilə yazılıb:

Acı bir həqiqətdir ki, Nəcəf bəy çox qısa, cəmisi 44 illik bir ömür yaşadı. Fəqət bundan daha acı həqiqət odur ki, çirkinlik və riyakarlığın paklıq və düzgünlüyə meydan oxuduğu, arxalı nadanlıq və kütbeyinliyin istedad və bacarığı hər addımbaşı üstələdiyi bir məmləkətdə xalqın ən kiçicik ağrı-acısını belə öz şəxsi faciəsi kimi yaşayan Nəcəf bəy kimi bir İNSANın bundan artıq yaşaması mümkünsüz idi.

Buna baxmayaraq, Nəcəf bəy öz qısa ömür yolu ilə sübut etdiki, Azərbaycan xalqı təkcə mənliyini bir qarın çörəyə satmağa hər dəqiqə hazır olan başabəla "ziyalılar”dan, sahibinə xoş gəlmək üçün zərrə qədər də xəcalət çəkmədən ağa qara deyən "jurnalistlər”dən, iki nəcib heyvanın arpasını bölə bilməyən "elm xadimlər”indən və s. tör-töküntülərdən deyil, həm də onun kimi sözün həqiqi mənasında patoloji dərəcədə saf və alicənab ZİYALIlardan ibarətdir. Müasir Azərbaycan cəmiyyətində barmaqla sayılası qədər az olsalar da, onlar var və həmişə olacaqlar. Deməli, Azərbaycan adlı bu məmləkətdə haqqın nahaqqı nə vaxtsa üstələyəcəyinə hələ ümid etməyə dəyər.

Millihərəkatın formalaşmasında və Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında əvəzsiz xidmətləri olan Nəcəf bəy sonralar millət vəkili seçilsə də, 1992-1993-cü illərdə bir müddət yüksək dövlət vəzifəsi tutsa da, sözün həqiqi mənasında heç vaxt siyasətçi olmadı, daha doğrusu olmaq istəmədi. Çünki, çirkabın az qala boğaza çıxdığı, ikili əxlaqın hökm sürdüyü, nəinki rəqibinə,hətta müttəfiqinə də badalaq gəlməyin siyasi məharət göstəricisi olduğu və həqiqi milli maraqların alver obyektinə çevrildiyi müasir Azərbaycanın siyasi meydanında N. Nəcəfov kimi bir VƏTƏNDAŞ heç cür duruş gətirə bilməzdi.
80-ci illərin sonunda siyasətə gəlmiş və yeganə amalı Azərbaycanın on illiklər boyunca yığılıb qalmış çoxsaylı problemlərini həll etmək istəyi olan yüzlərlə Azərbaycan ziyalısı kimi Nəcəf bəy də çox tezliklə anladı ki, çətin və mahiyyətcə qeyri-əxlaqi bir seçim qarşısında qalıb: siyasət yoxsa mənəviyyat, siyasət yoxsa insanlıq, siyasət yoxsa şəxsi azadlıq. Və böyük əksəriyyətdən fərqli olaraq, o, mənəviyyatı, insanlığı, azadlığıseçərək, NƏCƏF NƏCƏFOV olaraq qalmağa üstünlük verdi və sonadək bu seçiminə sadiq qaldı.

Nə yazıqlar ki, Nəcəf bəyin ölümü ilə Azərbaycanın əxlaqlı və vicdanlı insanlarının onsuz da sıx olmayan sıraları bir az da seyrəldi.

Qəbrin nurla dolsun, Nəcəf bəy!
 
Başən sağ olsun, Vətən!
 
Aydın Balayev

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol