• $
  • €
  • ₽
  • ₺
  • £

“Bəzi yerləri qəsdən yandırırlar” – Kəmaləddin Heydərov - VİDEO

“Bəzi yerləri qəsdən yandırırlar” – Kəmaləddin Heydərov - VİDEO
17.12.2019 10:56
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov son günlər ticarət mərkəzlərində baş verən yanğınlardan danışıb.

"Anews.az”ın məlumatına görə, nazir deyib ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, təbii fəlakətlərdən, texniki səbəblərdən baş verən hadisələrdə əhaliyə dəyən zərər kompensasiya olunsun: "Bu, prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində dəfələrlə ölkəmizdə baş verən hadisələr zamanı tətbiq olunub. Amma bu başqa dövlətlərdə yoxxdur. Hər bir fərd öz həyatını sığorta edir. 

Bizdə ticarət mərkəzləri tikilir, hər bir şeyi gözəl bəzəyirlər, ammaa onun sığorta məsələsinə diqqətsiz yanaşırlar. Və haqsız olaraq dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir şey öz əksini tapıb. Mallar necə sığortalanır bunların hamısı öz əksini tapıb. 

Ona görə də bu sahədə FHN-in və bilavəsitə bu işlərlə məşğul olan dövlət qurumlarının fəaliyyəti artmalıdır. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı işlər sayəsində insan itkisi baş verməyib. Amma mülklərə zərər dəyib, yanıb. Bu sığorta mədəniyyətini mənimsətsək, gələcəkdə bu problemlər olmaz. Heç kim heç nədən sığortlanamyıb. Heç kim qarantiya verə bilməz ki, hansısa bir hadisə baş verməyəcək. Əhalinin özü də diqqətli olmalıdır. Bəzən biçilmiş taxıl sahələri yandırılır və bu da böyük zərər vurur.

Gələcəkdə bu məsələlərlə bağlı nəzarəti gücləndirmək və əhaliyə çatdırmaq lazımdır. Qurumlar bunu tam şəkildə maarifləndirsin. Artıq elə bir zaman yetişir ki, siz görürsünüz, ayrı-ayrı ölkələrdə meşə yanğınları baş verir, aylarla söndürülə bilməyən meşələr var, dağ əraziləri var. Məsələn, bizim də xatirimizdədir ki, bəzi yerləri qəsdən yandırırlar, meşələrdəki ağacları kəsib izi itirmək üçün yanğın əməllərinə əl atırlar və bu da cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur. Niyə yandı, necə yandı?.. 

Hər halda mətbuat orqanlarınin da diqqətinə çatdırmaq istəyirəm ki, bu və ya digər hadisəni FHN və digər qurumlar tərəfindən rəylər verilmədikcə öz bildikləri, öz düşündükləri kimi yazmaq məsələlərində diqqətli olsunlar”. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol