• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Rzayev israilli jurnalistlə görüşüb

Rövşən Rzayev israilli jurnalistlə görüşüb
17.12.2019 19:30
Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner ilə görüşüb.

Komitədən APA-ya verilən xəbərə görə, qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsindən öz doğma yurdundan didərgin düşmüş  1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi qaçqınlıq və köçkünlük problemi və onun həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Onların daimi yaşayış yerlərini təcavüzkar Ermənistanın uzun illərdir işğal altında saxladığı, həmin ərazilərdə xalqımıza məxsus maddi-mənəvi irsi talan etdiyi bildirilib. 

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 26-27 il bundan əvvəl  işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Azərbaycanın ədalətli mövqeyi bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənsə də, təəssüf ki, ümumilikdə dünya birliyi işğalçı dövlətə qarşı indiyədək heç bir təsirli tədbir görməyib. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun təklif və təşəbbüsləri isə Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi nəticəsində  səmərəsiz qalmaqdadır.     

Dövlət Komitəsinin sədri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və münaqişənin səbəbləri barədə obyektiv beynəlxalq ictimai rəyin formalaşmasında nüfuzlu jurnalistlərin və kütləvi informasiya vasitələrinin vacib rol oynadığını diqqətə çatdırıb.

Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin, əsasən, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına yönəldiyi bildirilib.  Qaçqınlar və məcburi köçkünlər üçün indiyədək 106 qəsəbənin salındığı,  300 mindən çox məcburi köçkünə yeni ev və mənzillərin verildiyi qeyd edilib. 

Birinci vitse-prezident Mehriban Əliyevanın  qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Həmçinin özəl sektorun da bu sahədə dövlət siyasətinə dəstək verdiyi, yeni yaşayış kompleksləri inşa etdiyi bildirilib. 
Dövlət Komitəsinin sədri israilli jurnalistin suallarını cavablandırıb.  

Larri Luksner qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinin təqdirəlayiq olduğunu da vurğulayıb. 

Daha sonra israilli jurnalist Larri Luksner Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində və məktəbdə vəziyyətlə tanış olub, məcburi köçkünlərlə müsahibə xarakterli söhbət edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol