Bakıda siçanların məskən saldığı məşhur restoranla bağlı araşdırma başladı - RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda məşhur restoranda siçanların görüntülənməsi ilə bağlı məlumatlara münasibət bildirib.
"Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.Xatırladaq ki, dünən Oxu.Az-ın redaksiyasına Bakıdakı restoranlardan birində antisanitar şəraitin hökm sürməsinə dair fotolar daxil olub.
"Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanlar məskən salıblar.
www.anews.az
Son xəbərlər 
Daha çox 























