Azərbaycanda şagirdlərin 7 faizi siqaret çəkir

"Azərbaycanda tütündən istifadənin səviyyəsinin hələ də yüksək olmasına baxmayaraq, ÜST-ün məlumatlarına əsasən tütünçəkmə səviyyəsində azalma müşahidə edilir".
O bildirib ki, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir: "Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli tədqiqatlar erkən yaşları əhatə etməlidir".
www.anews.az
Son xəbərlər 
Daha çox 























