• $
  • €
  • ₽
  • ₺
  • £

“Atam sağ gözünü az da olsa, açmaq istəyib” - Oqtay Gülalıyevin oğlu

“Atam sağ gözünü az da olsa, açmaq istəyib” - Oqtay Gülalıyevin oğlu
19.12.2019 21:30
"Bu gün atam Oqtay Gülalıyevin həkimi Bülent Kahyaoğlu onu müayinə edib”.

Modern.az-ın məlumatına görə, bunu komada olan hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.
T.Gülalıyev qeyd edib ki, atasının komadana ayılma ehtimalı böyükdür:

"Həkimin bildirdiyinə görə, atamın komadan ayılma ehtimalı çoxdur. Amma o, təəssüflə bildirib ki, "baş nahiyyəsinə zərbə ağır olduğuna görə və az da olsa "ödəm" qaldığından zamana ehtiyacımız var””.

Oğlu atasının sonuncu çəkilən şəklinə diqqət çəkərək, "Şəkildən göründüyü kimi, atam sağ gözünü az da olsa açmaq istəyib”, - deyə bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
 
Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Bir gün sonra Türkiyəyə aparılıb.
 
Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Hazırda İstanbuldakı "Amerika xəsətəxana”sında koma vəziyyətindədir...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol