• $
  • €
  • ₽
  • ₺
  • £

Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələnəcəksiniz - 00-dan 07-dək

Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələnəcəksiniz - 00-dan 07-dək
28.05.2020 21:50
Çox vaxt qonşular arasında münaqişə həddən artıq səs-küy yaranan zaman baş verir. Bu da gecə vaxı insanların rahatlığını pozur.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə tez-tez vətəndaşlar səs-küydən, musiqidən və qonşuların təmir işlərindən şikayət edirlər.

Daha çox şikayət çoxmərtəbəli binalarda yaşayan vətəndaşlardan gəlir. Vətəndaşlar bu vəziyyətdə nə etməli və hara müraciət etməli olduğunu və qarşı tərəfi hansı cəzanın gözlədiyini bilmirlər.

Mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları marifləndirəcək suallara cavablar hazırlamaq qərarına gəlmişik.

Hası hallarda vətəndaşların hüquqları puzulur?

Bunlara aşağıdakılar daxildir: qışqırıq, fit çalmaq, musiqi alətləri ifa etmək, televizor və ya səsgücləndirici vasitələrin səsini artırmaq, yenidən qurmaq, təmir işləri və vətndaşları narahat edəcək digər hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Maddə 521-də Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı qeyd olunur: "Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Narahatedici hallarla üzləşdikdə ilk əvvəl həmin durumu səsyazma cihazına və ya telefonunun kamerasına qeyd edin. Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək baş verənləri bildirmək lazımdır. Polis əməkdaşları dərhal hadisə yerinə gəlməli və qayda pozanlar ilə profilaktik görüş keçirməli və lazım olduqda protokol tərtib etməlidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol