• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının təbrik etdiyi 100 yaşlı qadın da səs verdi - VİDEO

İcra başçısının təbrik etdiyi 100 yaşlı qadın da səs verdi - VİDEO
23.12.2019 16:31
Dekabrın 19-u 100 yaşı tamam olan Yasamal rayon sakini Sonaxanım Bağırova Bələdiyyə seçkilərində səsini yaşadığı evdə verib. 

17 saylı Yasamal 3-cü seçki dairəsinin 24 saylı məntəqə komissiyasının sədri Rəhilə Məmmədova bildirib ki, daşınan qutu ilə səsvermə üçün 19 ailədə olacaqlar, onlardan biri də bu yaxınlarda 100 yaşını tamamlayan S. Bağırovadır.

Elə biz də "Qafqazinfo” olaraq məntəqə üzvləri ilə birlikdə Sonaxanım nənənin evinə yollandıq.

Sonaxanım nənə 1919-cu ildə "Sovetski” adlanan ərazidə doğulub, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçüb. 84 ildir ki, burada yaşayır. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən nənə iki dəfə "Qəhrəman ana” medalı ilə təltif olunub.

1939-cu ildə ailə həyatı qurub, 4 oğul, 3 qız övladı, 22 nəvə, 44 nəticə, 1 kötükcəsi var.

73 yaşlı qızı Züleyxa Məmmədova Gəncədə yaşasa da digər bacıları ilə növbələşərək anasının yanında qalır:

"Atam 1956-cı ildə vəfat etdikdən sonra bizə həm ata, həm də ana olub. 7 övladı var, hamısı da ali təhsilli. Ən böyük bacımın 80 yaşı var. 
Ağartı məhsullarını çox sevir. Başqa xüsusi qidalandığı bir şey yoxdur. Ürəyinin, böyrəyinin ağrıyıb-ağrımadığını soruşanda deyir ki, o üzvlərin heç onda olduğunu bilmir. Sadəcə ayaqları tutulub, gəzə bilmir. Başqa şikayəti yoxdur. 

Uzunömürlülüyün ona irsən keçdiyini deyə bilmərəm. Çünki ana babam və nənəm tez dünyasını dəyişib. Ancaq ata nənəm 105, ata babam isə 115 yaşında dünyasını dəyişib. Yəqin ki, bu yurdun suyundandır”.

Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabrda Sonaxanım Bağırovanın evinə gedərək, onu ad günü münasibətilə təbrik etmişdi. Həmin gün çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol