• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dərsdə "teloxranitel" ilə oturan məmur nəvəsinin kimliyi məlum oldu — Yüksək vəzifəli şəxsdir (EKSKLÜZİV)

Bakıda dərsdə "teloxranitel" ilə oturan məmur nəvəsinin kimliyi məlum oldu — Yüksək vəzifəli şəxsdir (EKSKLÜZİV)
23.12.2019 17:53
Bakıda dərsdə "teloxranitel" ilə oturan məmur nəvəsinin kimliyi məlum olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir. 

O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub. 
 
Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir. 

Məsələ ilə bağlı 6 və 134 saylı məktəblərin telefon nömrələri ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğu üçün telefon zənglərimizə cavab verən olmadı. 



Xatırladaq ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli bir neçə gün öncə sosial şəbəkə hesabında "status" yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur.

Tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub.



Bu müzakirələrdən sonra Anar Nəcəfli yazdığı "statusu" sosial şəbəkə hesabından silsə də, onun sosial şəbəkə hesabından silinən həmin "statusunu" olduğu kimi təqdim edirik:

"Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol