• $
  • €
  • ₽
  • ₺
  • £

Qeydiyyatsız mənzillərlə bağlı ŞAD XƏBƏR

Qeydiyyatsız mənzillərlə bağlı ŞAD XƏBƏR
24.12.2019 09:52
İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədi ilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.

Metbuat.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən verdiyi məlumata görə, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.Məlumatda deyilir ki, dekabrın 23-29-da 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.

Qeydiyyat kampaniyası dekabr 23-də D.Bünyadzadə küçəsi, 11D, dekabr 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə, dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə, dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.

Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol