• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”dan Yeni İl səfərləri üçün sərfəli - ROMİNQ PAKETLƏRİ

“Nar”dan Yeni İl səfərləri üçün sərfəli - ROMİNQ PAKETLƏRİ
25.12.2019 16:26
Ölkənin ən gənc mobil operatoru "Nar”, Yeni il ərəfəsində səfərə çıxan abunəçiləri üçün sərfəli rominq paketləri təklif edir. Mobil operatorun rominq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və "WhatsApp”da pulsuz yazışma imkanı verir. "Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq romiq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər.

Səyahət zamanı rahat ünsiyyətdən yararlanmaq üçün abunəçilər ehtiyaclarına uyğun olaraq 4 rominq paketindən birini seçə bilərlər. "Roaming 9” paketi abunəçilərə 500 MB internet, "Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng,  "Roaming 18”  paketi 1 GB internet,  "Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir.  Xüsusilə qeyd etmək lazımdır ki,  "Roaming 18” və "Roaming 28” paketlərində "WhatsApp” yazışmaları tamamilə pulsuzdur. Yəni bu trafik rominq internet paketindən çıxılmır.

Qeyd edək ki, səyahət zamanı "Nar” nömrələrində rominqi aktivləşdirənlərin sayı ötən illə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında 25%, rominqdə istifadə olunan internet trafikinin həcmi isə 68% artıb. Ümumilikdə, "Nar” dünyanın 117 ölkəsində abunəçilərinə keyfiyyətli rominq xidmətləri təklif edir. Daha ətraflı məlumatı www.nar.az səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol