• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyinin odun "alverindən" kimlər qazanır? - FOTOFAKT

Təhsil Nazirliyinin odun "alverindən" kimlər qazanır? - FOTOFAKT
30.12.2019 12:42
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi "Eldar-2014" MMC olub. Bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün "Eldar-2014" MMC şirkətinə 196 min manat 19 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 81 manata satın alacaq. 

Məlumat üçün onu da bildirək ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəbləri Yevlax, Mingəçevir, Ağdaş və Bərdə rayonlarının ərazisində yerləşir.

Qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarının ərazisində yerləşir) üçün də odun satın alıb. "Təchizat-RA" MMC şirkəti 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2500 kub metr quru meşə odunu üçün "Təchizat-RA" MMC şirkətinə 298 min 799 manat 60 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 120 manata satın alacaq. 

Maraqlıdır ki, Təhsil Nazirliyini bu ayın əvvəlində keçirdiyi tender müsabiqəsinin qalibi olan fərdi sahibkar Əliyev Şaban Məftun oğlundan (VÖEN-1402771392) alacağı quru meşə odunun 1 kub metri üçün 27 manat ödəyəcək. Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan məktəblər (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının ərazisində yerləşir) üçün alınacaq odunun daşınma xərcləri də bu qiymətə daxildir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol