• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ailənin bütün üzvləri zəhərləndi - Azərbaycanda

Bir ailənin bütün üzvləri zəhərləndi - Azərbaycanda
30.12.2019 23:00
''101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə cəlb edilib''.

'News24.az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilk fakt Baku City kafesində 23 dekabrda məlumat daxil olub: ''Həmin andan ekspertlərlə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə cəlb edilib. 2 saat ərzində ''Chivas Regal 12'' kustar şəkildə saxtalaşdırılaraq istehlaka verilən içkini tərkibində metil 76,6 faiz aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir.
 
Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama olublar. Baku city, Everest, Piano, Madonna restoranıarında zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb.
 
Baku City və Everstin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda Piano və Madonnada araşdırma aparılır, Haştaq restoranında da bir fakt qeydə alınıb, bunula bağlı da araşdırma aparılır. Ötən gün Madonna restoranında bir ailənin üzvləri zəhərlənib. Onlarda da zəhərlənmə həmin viskidən olub. Metilin yüksək faizlə nisbəti aşkar edilib. Bu da insan orqanizmi üçün çox zərərlidir.
 
Təəssüf ki, ictimai-iaşə obyektlərinin sahibləri həllə də kustar üsulla hazırlan içkiləri insanlara təqdim edir. Bir daha Azərbaycan bütün ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barları, restoran kafelərin rəhbərləri müraciət edirik ki, bu cinayət işidir.
 
Bu texniki spirt olan Metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə boş butulkalara doldurularaq ictimai-iaşə obyektləri vasitəsilə istehlaka verilməsi faktıdır. İctimai iaşə obyektlərinin sahibləri də məsuliyyətələrini dərk etməlidirlər. Cinayətdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir. Fakt aşkarlanan obyektlərin sayı 5-10 olsa da, aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Hüquq mühafizə orqanları da peşəkar işlərinə görə onlara təşəkkür edirəm''.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol