• $
  • €
  • ₽
  • ₺
  • £

Xaçmazda unikal “Zaporojest” abidəsi - FOTO

Xaçmazda unikal “Zaporojest” abidəsi - FOTO
01.01.2020 21:00
Xaçmaz rayonunun Rəşid Behbudov küçəsindəki avtoservisin sahibi diqqət çəkmək üçün maraqlı üsula əl atıb.
 
Oxu.Az xəbər verir ki, o, dəmir dirəyin köməyi ilə "Zaporojest” markalı avtomobili servisin qarşısında 10 metr yüksəkliyə qaldırıb. 
 
İdeyanın sahibi Gülhəsən Fərmanov bildirir ki, avtomobili 2001-ci ildə Əbdül adlı rayon sakinindən alıb. Hazırda "Zaporojest” ömrünü başa vuran bir avtomobil kimi görünsə də, nəqliyyat vasitəsi dirəyin üzərinə qaldırılana kimi işlək vəziyyətdə olub. 

Maşın dəmir konstruksiyalı dirəyə boltlar və qaynaq vasitəsilə bərkidilib.Təhlükəsizlik məqsədi ilə yüngül olsun deyə, avtomobilin mühərriki və bəzi ağır hissələri çıxarılıb. Bu ideya sahibinə üç min manata başa gəlib. 
 
Gülhəsən Fərmanov deyir ki, indi hamı buranı "Zaporojest” küçəsi kimi tanıyır. Həm də onlar müştərilərinə məkanı tanıtmaqda çətinlik çəkmir. Avtomobil sahibi maşının mühərrikini saxladığını, nə vaxtsa lazım olarsa, avtomobili yenidən işlək vəziyyətə gətirə biləcəyini bildirir.
 
Şimal bölgəsində yeganə olan bu tanıtım nişanı hətta rayona gələn qonaqların və xarici turistlərin də marağına səbəb olur.
















www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol