Rusiyada yanğında ikisi uşaq olmaqla dörd nəfər ölüb

Rusiyanın Moskva vilayətində fərdi yaşayış evində baş verən yanğında dörd nəfər ölüb.
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın bu gün səhər yerli vaxtla saat 05.34-də Borisovka kəndində fərdi yaşayış evində qeydə alınıb.
Yanğının başvermə səbəbləri və ölənlərin şəxsiyyəti araşdırılır.
www.anews.az
























