• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan qaçdığı deyilən məmur danışdı: “Gedib Livanda, ya Suriyada yaşamalıyam?”

Azərbaycandan qaçdığı deyilən məmur danışdı: “Gedib Livanda, ya Suriyada yaşamalıyam?”
06.01.2020 14:59

Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında "Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovun ölkədən qaçması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşı məsələnin mahiyyətini öyrənmək üçün X.Rüstəmovla əlaqə saxlayıb.

X.Rüstəmovun sözlərinə görə, o, hazırda Azərbaycandadır:

"Sumqayıtdakı evimdəyəm. İndi Bakıya müalicə olunmaq üçün gedib, evimə qayıdacağam. Səhhətimdə yaranan problemlə bağlı öz ərizəmlə işdən çıxmaq üçün müraciət etmişəm.

Bilirsiniz ki, nəqliyyat ağır sahədir və sürücülərlə işləmək çətindir. Uzun müddət nəqliyyatda işlədiyim üçün əsəb xəstəliyi yaranıb. Artıq 60 yaşı keçmişəm. Cavan vaxtım deyil ki, nəqliyyatda işləyəm. Mən 41 ildir dövlətə xidmət etmişəm. İstədim ki, müalicə olunam və işimi dəyişəm”.
Keçmir məmur bildirib ki, heç bir ölkəyə qaçmayıb:

"Dövlətə nə xəyanət etmişəm ki, qaçam? Hara gedirəm? Ölkəni nəyə görə tərk etməliyəm? Hansı yüksək vəzifə tuturam ki, bu ölkədən qaçam? Gedib Livanda, ya Suriyada yaşamalıyam?

Gözəl inkişaf edən ölkəmiz var. Azad sözümüzü deyə bilirik, hara gedirik, işləyə bilirik. Bu iş olmayacaq, imkan olarsa, başqa iş yerində işləyəcəyəm və dövlətin qulluğunda duracağam”.

X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplaması iddiasına da cavab verib:
"Mən vergi toplayanam? İndi pul işləyir ki, əl pula dəyə və vergi köçürə? Mən elə şeylərlə məşğul olmuram”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol