• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid pilotun anasından gəlininə ittiham - “Nəvələrimi məndən gizlədir”

Şəhid pilotun anasından gəlininə ittiham - “Nəvələrimi məndən gizlədir”
07.01.2020 12:58
Aprel şəhidi pilot Təbriz Musazadənin anası Tovuz Musazadə gəlini Pərişan Musazadənin oğlunun şəhid statusundan istifadə etməsindən və nəvələrini ona göstərməməsindən narazıdır.  

Bu barədə "Qafqazinfo”ya müraciət edən şəhid anası bildirib ki, oğlunun qırx mərasimindən sonra gəlini evi tərk edib:

"Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Təbrizimin iki balasının mənlə görüşməsinə Pərişan icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam. O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.

İndi Pərişan evlənib özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın. Dövlətin bu məqsədlə ona ayırdığı pulu başqalarına verir. Mehdi vaxtilə hərbi məktəbdə oxumuşdu. Birinci kursdan sonra onu hərbdən atdılar. İndi də ailəsini, 3 uşağını atıb. Pərişan Mehdinin yoldaşına deyib ki, narahat olmasın, kəbinlə bir yerdədirlər, onun ailəsinin heç bir şeyə ehtiyacı olmayacaq. 

Həmin Mehdidən 1 yaşında qızı da var imiş. Bizim heç nədən xəbərimiz olmayıb, biləndən sonra da oğluma, iki nəvəmə görə susmuşam. Amma artıq dözə bilmirəm. Mənim balamın adından, şəhid xanımı statusundan istifadə edir.

Bir müddət Təbriz üçün verilən evdə yaşayıblar. İki körpənin şəhid övladlarının atasından qalan evdə başqa kişiylə yaşamaq olarmı? Mən uşağımdan qalanları niyə başqalarına verməlidir?  Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, bizə bu işdə köməklik etsinlər. Hökumətin mənim uşağıma ayırdığı pulları başqalarına yedirtməsin. Biz ondan başqa heç nə istəmirik. İndi də eşitmişəm ki, şəhid evini də satıb, gedib Xırdalanda ev alıb orada yaşayırlar”. 

Təbriz Musazadə ilə vida mərasimi- Oğlu Onur Musazadə- 11.04.2016.


T. Musazadə nəvələrinin ona göstərilməməsi ilə bağlı ötən il Xətai rayon məhkəməsinə müraciət edib:

"Məhkəmə ötən ilin iyul yayında bizim xeyrimizə qərar çıxardı. Ancaq uşaqları yenə bizə göstərmir. Məktəblərini də dəyişib. Böyük nəvəm məni istədi, qorxdu, dedi anam icazə vermir. İcraçılar dedi ki, uşağa psixoloq lazımdır. Uşaqların psixoloji durumu pis vəziyyətdə idi. Mən üstlərinə getmədim. Dedim böyüsünlər, nə vaxt istəsələr mənim yanıma gələrlər. Onların arxasındayam, həftədə bir-iki dəfə uşaqların oxuduğu Atatürk liseyinə gedirdim. Mənə dedilər ki, uşaqları buradan çıxarıb”.  

Bu arada bildirək ki, hazırda Tovuz Musazadə tək yaşayır. Şəhidin atası Taryel Musazadə 2017-ci ildə dünyasını dəyişib. 
"Qafqazinfo” məsələ ilə bağlı Pərişan Musazadə ilə əlaqə saxlayıb. O, bu mövzuda danışmaq istəmədiyini qeyd edib. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol