• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Sahibkarı tanı”

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Sahibkarı tanı”
07.01.2020 16:35
"Azərbaycan Beynəlxalq Bankı" "ASAN radio” ilə birgə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verib. Birgə layihə çərçivəsində hər həftə "ASAN radio”da canlı olaraq "Sahibkarı tanı” proqramı efirə gedəcək.

Proqramı hər həftənin çərşənbə axşamı, saat 19.05-də "ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar. 

Verilişin əsas özəlliyi burada sahibkarların da iştirakıdır. Onlar öz biznes hekayələrini danışacaq, real nümunələr əsasında təcrübələrini bölüşəcək, mövcud problemlərin həlli üçün təkliflər irəli sürəcəklər. "Sahibkarı tanı” verilişinə müvafiq sahələr üzrə peşəkar ekspertlər də qonaq qismində cəlb olunacaqlar.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa, əsas bazar trendlərini izləyə biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. "Sahibkarı tanı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli deyib: "Bank kiçik və orta biznesin inkişafına dəstəyini uğurla davam etdirir. Sahibkarların maarifləndirilməsi istiqamətində də indiyə qədər bir sıra layihələrimiz olub. ASAN Radio ilə bu sahədə birgə işimizin davamı olan "Sahibkarı tanı” proqramı da ümid edirik ki, sahibkarlara fayda verəcək”.

Verilişin aparıcısı Əli Əhmədov isə proqramda sahibkarların iştirakının layihəni daha da maraqlı edəcəyini bildirib: "Proqrama müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları dəvət edəcəyik. Onların real nümunələr əsasında öz təcrübələrini paylaşmaları dinləyicilərimiz üçün maraqlı olacaq və faydalı təşəbbüslərin ortaya çıxmasına kömək göstərəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol