• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyevi güllələyən Yunis Səfərov məhkəmədə: “Bəzilərinin əli qandallıdır, bəzilərinin mənəviyyatı...”

Elmar Vəliyevi güllələyən Yunis Səfərov məhkəmədə: “Bəzilərinin əli qandallıdır, bəzilərinin mənəviyyatı...”
07.01.2020 18:24
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəməsi başlayıb.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə qarşısına 10 nəfər çıxarılıb. İki nəfər – Anar Bağırov və Ağa Sərxani onların tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb.

 Elmar Vəliyev

Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda - Sabunçu rayon məhkəməsinin binasında baxır.
Yanvarın 7-də məhkəmədə Yunis Səfərov ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevin xidmətindən imtina edib. O bildirib ki, 2018-ci ilin iyulunda həbs olunandan bu yana ailə üzvlərilə nə görüşə bilib, nə də telefonla danışıb. Bu hüquqlarının təmin olunmasından ötrü vəkilin heç bir addım atmamasından şikayətlənən Yunis Səfərov məhkəmə zalında olan qohumlarına üz tutaraq, keçmiş vəkili Elçin Sadıqovla müqavilə bağlanmasını istəyib.
E.Sadıqov istintaq dövründə bir müddət onun hüquqlarını müdafiə etsə də, sonradan bu işdən uzaqlaşdırılmışdı.
E.Ağayev mediaya açıqlamalarında Yunis Səfərovun heç bir narazılığı olmadığını, hüquqlarının təmin edildiyini bildirirdi.
Vəkildən imtina məsələsi müzakirəyə çıxarılanda digər vəkillər deyiblər ki, şəxs müdafiəçidən imtina edirsə, onun istəyi təmin olunmalıdır. Çünki istədiyi vəkili seçmək, yaxud ondan imtina etmək şəxsin hüququdur.
Elman Ağayev vəkil həmkarlarının, xüsusən Cavad Cavadovun bu yanaşmasına etiraz edib. O, C.Cavadovu hədələyib: "Mən sənə göstərərəm şou göstərmək necə olur. Səni yerində oturdaram”.
Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 9 nəfər məhkəmə zalındakı şüşə kabinədə əlləri qandallı saxlanılıblar. Vəkillər buna etiraz edib: "Məhkəmə prosesi yeni başlayıb, sakit keçir. Təqsirləndirilən şəxslər qaydaları pozmurlar, səs-küy salmırlar. Belə olan halda, onların məhkəmə önündə qandallı saxlanması qanunsuzdur”.
Y.Səfərov qandal məsələsinə belə münasibət bildirib: "Bəzilərinin əlləri qandallıdı, bəzilərinin də mənəviyyatı, ürəyi...”
Məhkəmə prosesi yanvarın 8-də davam edəcək.
Keçmiş icra başçısı Elmar Vəliyev məhkəməyə gəlməyib. O, istintaqda zərərçəkmiş qismində tanınsa da, ifadə verməkdən imtina edib. Deyib ki, səhhətindəki problemlər buna imkan vermir.
Onlara qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol