• $
  • €
  • ₽
  • ₺
  • £

Nərminin atası: “Qızım 3-4 gün öncəyə qədər...”

Nərminin atası: “Qızım 3-4 gün öncəyə qədər...”
07.01.2020 22:01
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.
"Ölkə.Az" xəbər verir ki, Nərminin atası Şərif Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qızı başından vurularaq öldürülüb:
"Respublika prokurorluğunun əməkdaşları, ekspertlər gəlmişdi. Onların rəhbəri Nadir müəllim özü də bizimlə danışdı, lazım olan hər şeyi edəcəklərini dedi. Meyiti xaricini ekspertizadan keçirdilər, üzərindən nümunələr götürüldü, dəqiq məlumatlar bir müddət sonra ekspertin rəyi əsasında bəlli olacaq. Amma indi ekspert dedi ki, Nərmin başından küt alətlə vurulub, onun izi qalıb. Qızım 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil. Qızımın meyitini bir saat əvvəl bizə veriblər, indi evə gətirmişik. Nərmini sabah kənd qəbiristanlığında dəfn edəcəyik".
Ş.Quliyev əlavə edib ki, qızı Nərmin noyabrın 21-i günorta saatlarında itkin düşüb, lakin axşam saat 21 radələrində polisə müraciət ediblər:
"Əvvəl fikirləşdik ki, yəqin nənəsigilə gedib. Ona görə polisə gec dedik. Amma bu 47-48 gün ərzində polislər daim bizimlə olub, hər gün axtarış aparırdıq. Qonşu kəndlərdə də axtarışlar gedirdi. Dünən axşam saatlarında qızımın meyitini tapıb bizə verdilər. Kömək edən, əziyyəti olan hər kəsə təşəkkür edirik. Hazırda istintaq gedir, hələ ki hər yaxşı qaydasındadır. Tezliklə qızımın qatilinin tapılacağına inanırıq, hüquq-mühafizə orqanlarına minnətdarıq".
Ş.Quliyev deyib ki, qardaşı və qardaşı oğluna qarşı ittihamlar sadəcə şayiədən ibarətdir:
"Bunlar hamısı yalandır. Mən Nərmini göndərdim ki, qardaşımgildən gödəkçəmi gətirsin. O gec gəldiyi üçün arxasıyca böyük bacısını göndərdim. Bacısı gedəndə yolda sarı rəngli maşın saxlayıb, ona deyib ki, gəl səni aparım. Böyük qızım isə maşına minməyib. Həmin maşının Nərminlə rastlaşıb-rastlaşmadığını isə heç kim görməyib. Böyük qızım o adamı tanımayıb, bizim kənddən deyilmiş. Nərmin isə mənim gödəkçəmi qardaşımgildən götürüb çıxıb, bundan sonra itkin düşüb və onu görən olmayıb. 
Ş.Quliyev qızına təcavüz olunması ehtimalları ilə bağlı hazırda dəqiq bir söz deyə bilməyəcəyini bildirib:
"Ekspertlər də bununla bağlı konkret bir söz demədilər. Bu məsələ istintaqın gedişatında bəlli olacaq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol