• $
  • €
  • ₽
  • ₺
  • £

Nərmini görən sonuncu insan: "Mənə dedi ki..." - VİDEO

Nərmini görən sonuncu insan: "Mənə dedi ki..." - VİDEO
08.01.2020 18:27
Noyabrın 21-i qoyun otarmaqdan gəlirdim. Nərmin mənimlə nənəsinin evinin yanına qədər gəldi.
Anews.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Tovuz rayonunun Donar Quşçu kəndində itkin düşən və yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qohumu Maarif Quliyev deyib. O bildirib ki, Nərmini sonuncu görən insan məhz özü olub:
"Soruşdum, hara gedirsən, dedi, nənəmgilə. Söhbət edə-edə gəlirdik. Dedim, ay qızım, neçədə oxuyursan? Dedi, 5-ci sinfə keçdim. Qiymətlərini soruşdum, "4", "5" aldığını dedi. Mən də ona dedim ki, sağlıq olsun, 6 ildən sonra ali məktəbə qəbul olsan, sənə xüsusi hədiyyəm olacaq. Allah rəhmət eləsin... Bu əməli törədənlərin qanında erməni qanı var".
M.Quliyev həmin gün Nərminin davranışlarında hər hansı şübhəli məqam hiss etmədiyini deyib.
Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr tarixində qonşuluqda olan əmisigilin evinə atasının gödəkcəsini götürmək üçün gedib. Gödəkcəni götürdükdən sonra isə yoxa çıxıb.

Hadisədən 2 ay sonra 10 yaşlı N.Quliyevanın yanmış meyiti kənd ərazisində aşkarlanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol