• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Polisindən “qara bloknot” və “rüşvət otaqları” açıqlaması - RƏSMİ

Bakı Polisindən “qara bloknot” və “rüşvət otaqları” açıqlaması - RƏSMİ
08.01.2020 18:37
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparıldığı barədə xəbərlərə aydınlıq gətirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir:
"Yazıda iddia olunan "hesabat kitabı”, yaxud hansısa "qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”.

Qeyd edək bu gün BakuPost-un yaydığı məlumata görə, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparılıb. Aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - "rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub.
Bundan əlavə, idarə rəisi və alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən, firma maşınları ilə bağlı "əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.
Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin "qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol