• $
  • €
  • ₽
  • ₺
  • £

Bu 30 deputat Parlament seçkilərində iştirak etməyəcək - TAM SİYAHI

Bu 30 deputat Parlament seçkilərində iştirak etməyəcək - TAM SİYAHI
09.01.2020 13:44
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.
 
AZXEBER.COM 9 fevral seçkilərində iştirak etməyəcək deputatlarla bağlı araşdırma aparıb.
 
İlk olaraq YAP-ın siyahısında adı açıqlanmayan deputatların siyahısını və onları əvəz edəcək namizədlərin adını təqdim edirik: 
 
24 saylı Nizami birinci seçki dairəsi
Rövnəq İbrahim oğlu Abdullayevin (1965-ci il təvəllüdlü) əvəzinə Elnur Elşad oğlu Mustafayev.

27 saylı Sabunçu ikinci seçki dairəsi
Dilarə Məmmədağa qızı Cəbrayılova (1971) əvəzinə Əliabbas Qalib oğlu Salahzadə

29 saylı Səbail seçki dairəsi
Şəmsəddin Hümmət oğlu Hacıyev (1950) əvəzinə Aytən Arif qızı Hüseynova

32 saylı Suraxanı üçüncü seçki dairəsi
Ağacan Qulam oğlu Abıyevin (1937) əvəzinə Afət Əbil oğlu Həsənov

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
Xanlar Nuru oğlu Fətiyev (1972) əvəzinə Müşfiq Cəfər oğlu Cəfərov

41 saylı Sumqayıt birinci seçki dairəsi
Mirzəcan Mirzəmməd oğlu Xəlilov (1954) əvəzinə Hicran Kamran Hüseynova

54 saylı Şabran-Siyəzən seçki dairəsi
Tahir Süleyman oğlu Süleymanov (1948) əvəzinə Sadiq Haqverdi oğlu Qurbanov

56 saylı Xaçmaz kənd seçki dairəsi
İlham Əlisəftər oğlu Əliyev (1967) əvəzinə Kənan Zeynal oğlu Mərdanov

57 saylı Kürdəmir seçki dairəsi
Müslüm Mürsəl oğlu Məmmədov (1980) əvəzinə Nizami İsməli oğlu Qəribov

59 saylı Salyan seçki dairəsi
Əliağa İzzət oğlu Hüseynov (1946) əvəzinə Rəşad Əzizağa oğlu Hacıyev

61 saylı Neftçala seçki dairəsi
Arif Qafar oğlu Rəhimzadə (1941) əvəzinə Gültəkin Zakir qızı Sadıqova

63 saylı Sabirabad birinci seçki dairəsi
Elçin Bəybala oğlu Quliyev (1960) əvəzinə Kamal Xaqani oğlu Cəfərov

68 saylı Cəlilabad kənd seçki dairəsi
Mirkazım Məhəmməd oğlu Kazımov (1950) əvəzinə Elman Xudum oğlu Nəsirov

70 saylı Masallı şəhər seçki dairəsi
Nəriman Əlibaba oğlu Əliyev (1968) əvəzinə Məşhur Sadıq oğlu Məmmədov

79 saylı İmişli seçki dairəsi
Əsabil Qarakişi oğlu Qasımov (1955) əvəzinə Nazim Abdulrəhim oğlu Əzimov

84 saylı Füzuli seçki dairəsi
Bahar Əvəz qızı Muradova (1962) əvəzinə Svetlana Gəray qızı Məmmədova

99 saylı Şəmkir kənd seçki dairəsi
Sona Sakit qızı Əliyevanın (1980) əvəzinə Nurlan İrfan oğlu Həsənov

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Rafiq Musa oğlu Məmmədhəsənov (1945) əvəzinə Elnarə Səməndər qızı Məhərrəmova

113 saylı Şəki şəhər seçki dairəsi
Yaqub Mikayıl oğlu Mahmudov (1939) əvəzinə Vüqar Yapon oğlu İsgəndərov

123 saylı Kəlbəcər seçki dairəsi
Cavid Qənbər oğlu Qurbanov (1958) əvəzinə Aqil Sadiq oğlu Məmmədov.
 
YAP-ın siahısında əlavə bəzi bitərəf deputatların da seçkilərdə iştirak etməyəcəyi dəqiqləşib.

Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Flora Qasımova, Mahir Aslanov, Gövhər Baxşəliyevadır. Əflatun Amaşov isə son qərarını vermədiyini açıqlayıb.
 
Qeyd edək ki, deputat olmaq istəyən şəxslər sənədlərini yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol