• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasətçilərin idman məşğuliyyəti: Hafiz Hacıyev boksla məşğul olur, Tahir Kərimli Leninə görə idmanı atıb…

Siyasətçilərin idman məşğuliyyəti: Hafiz Hacıyev boksla məşğul olur, Tahir Kərimli Leninə görə idmanı atıb…
10.01.2020 09:36
Ən çox siyasi səhnədə görməyə alışdığımız insanların hansı idman növü ilə məşğul olduqları yəqin ki, hər kəs üçün maraq doğurur.
 
Bu mənada azərbaycanlı siyasətçilər, xüsusilə partiya sədrlərinin siyasətdən kənar həyatı, hansı idman növü ilə məşğul olması diqqəti çəkir.
 
Modern.az-ın bu barədə apardığı sorğuya maraqlı cavablar alınıb.
 
Hafiz Hacıyev boksyor imiş…
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vaxtilə boksla məşğul olduğunu söyləyir:
 
"Son vaxtlar isə evdə yadıma düşəndə həvəskar şəkildə boksla məşğul oluram. Amma işin-gücün əlindən vaxt tapa bilmirəm”.
 
Tahir Kərimli Leninə görə idmandan imtina edib…
 
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hüquqşünas olmaq üçün məşğul olduğu bütün idman növlərindən imtina edib:
 
"Mənə gəncliyimdə həmişə deyirdilər ki, hansı idman növünə əl atsan, yaxşı uğur qazana bilərsən. Bir dəfə Leninin tərcümeyi -halını oxudum. Yazılmışdı ki, Lenin vəkil olan zaman çox yaxşı şahmat oynayırdı. O bu sənətə görə, şahmatı atıb. Bunu oxuyandan sonra mən də hüquqa görə bütün idman növlərindən imtina etdim.
 
Amma həmin vaxta qədər iki dəfə Ağsu rayonunda hərbi idman oyunları üzrə komandanın kapitanı olmuşam”. 
 
Araz Əlizadə idmandan uzaqdı…
 
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də indi heç bir idman növü ilə məşğul olmur:
 
"Amma gəncliyimdə futbola, qaçışa, üzgüçülüyə maraq göstərmişəm”.
 
Asim Mollazadə tennislə məşğul olub…
 
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də idman sahəsinə maraq göstərən siyasətçilərimizdəndir:
 
"Mən zamanında tennis oynamışam. Amma peşəkar idmanla məşğul olmamışam. Hazırda isə ancaq gəzirəm”.
 
İqbal Ağazadə peşəkar ağırlıqqaldırma ilə məşğul olub…
 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə ağırlıqqaldırma ilə peşəkar məşğul olub:
 
"1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmuşam. Amma hazırda bununla məşğul deyiləm, sadəcə qaçmağa üstünlük verirəm”.
 
Arif Hacılı azarkeşlik edir…
 
Müsavat Partiyasının başqanı Arif Hacılı da əvvəllər idmana maraq göstərib:
 
"Uzun illər futbolla məşğul olmuşam. İndi isə müəyyən səbəblər üzündən futbolla məşğul olmuram. Futbol həm də azarkeşlik etdiyim idman növüdür”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol