• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni İcra Hakimiyyəti yaradılacaq?

Azərbaycanda yeni İcra Hakimiyyəti yaradılacaq?
10.01.2020 15:29
Azərbaycanın işğal olunmuş rayonlarının əksəriyyətinin icra strukturları var. Bu strukturlar ölkəmizin digər rayonlarında, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə fəaliyyətini davam etdirirlər.

Yeganə Xankəndi şəhəridir ki, bu şəhərin icra strukturları ölkəmizdə fəaliyyət göstərmir. Halbuki Xankəndi sakinləri Bakı ilə bərabər Azərbaycanın 38 rayonunda məcburi köçkün həyatı yaşayırlar.
 
Bu barədə Modern.az-a danışan "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, digər işğal olunmuş rayonların sakinlərinin mütləq əksəriyyəti azərbaycanlılardır. Ona görə, həmin rayonların idarə və təşkilatları demək olar ki, olduğu kimi qalıblar:
 
"Onların rəhbərləri də öz yerindədir. Bunu Xankəndinə aid etmək olmaz. Təbii ki, Xankəndinin bir hissəsində azərbaycanlılar yaşayırdı. Amma orada ermənilər də məskunlaşdırılmışdı. Təəssüf ki, süni artım nəticəsində oradakı əhalinin mütləq əksəriyyəti ermənilər idi. İcra dairələrində çalışanların da bir hissəsi Azərbaycanda, bir hissəsi Xankəndidədir. Ona görə, Xankəndi icra strukturlarının yaradılması o qədər də məsqədəuyğun hesab olunmur”.
 
Ə.Nuriyev xankəndililərin Azərbaycanın digər rayonlarında pərakəndə məskunlaşmasının da məsələyə təsiri olduğunu söyləyib:
 
"Həmçinin Xankəndidən məcburi köçkün düşən əhalinin əksəriyyəti digər rayonlara səpələnib. Kompakt bir hissədə yaşayış yoxdur. Məsələn, şuşalılar, xocalılar, kəlbəcərlilər nisbətən daha kompakt yaşayırlar”.
 
Son olaraq, ekspert onu da diqqətə çatırıb ki, Dağlıq Qarabağa daxil olan, bu kimi şərtlərə cavab verməyən digər rayonlarda da icra strukturları yaradılmayıb.
 
Qeyd edək ki, Xankəndinin icra strukturlarının yaradılmasını bu dairənin deputatı Flora Qasımova da zaman-zaman gündəmə gətirib. Deputat Milli Məclisdə çıxışlarında Xankəndi, onun tabelçiliyində olan yaşayış məntəqələri, əraziləri və digər vacib əhəmiyyətli məlumatları ictimaiyyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırmalı olduğumuzu vurğulayıb:

"Bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert adı ilə dünyaya təqdim edirlər. Ola bilsin, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır. Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndidən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndi icra strukturu yaradılmalıdır ki, bu məsələlər kompleks həllini tapa bilsin”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol