Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 11-də saat 19 radələrində qeydə alınıb.
Digah qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi "VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub.