• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücü müdirinin seyfini oğratdı - külli miqdarda pul... - FOTO

Bakıda sürücü müdirinin seyfini oğratdı - külli miqdarda pul... - FOTO
14.01.2020 14:50
Mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar. 

Anews.az xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ötən ayın 26-da Badamdar qəsəbəsində yerləşən K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, əmisi oğlanları - Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri - Elmir Əsgərov, Cəfər Əlibəyli tutulublar.

Qeyd edək ki, mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü olan Tural Abbasov verib. O, dekabr ayının 26-da ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərovla birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında B.Abbasov pusquda dayanıb, T.Abbasov və E.Əsgərov isə mənzilə daxil olub. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar.

Hadisədən bir neçə gün əvvəl T.Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar. Daha sonra dəstə üzvləri hadisə yerindən Mahir Abbasovun nəqliyyat vasitəsi ilə uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə onlardan alıb. Bu əməllərinə görə M.Abbasov və C.Əlibəyli də istintaqa cəlb ediliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət başlayıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol