• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış tarzənin avtomobili qarət olunub - Günün günortasında və şəhərin mərkəzində...

Tanınmış tarzənin avtomobili qarət olunub - Günün günortasında və şəhərin mərkəzində...
14.01.2020 18:00
Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, musiqiçi hadisənin yanvarın 12-si saat 12:15 radələrində, paytaxın Səbail rayonunun Teymur Elçin küçəsində qeydə alındığını bildirib:

"İdarə etdiyim maşınımı Teleteatrın qarşısında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib:

"Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.
Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

"Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bu faktdan məlumatlı olduqlarını və müvafiq araşdırmaların davam etdiyini bildirib.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol