• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Bakıda özünü maşına qəsdən çırpan şəxsləri ifşa etdi — VİDEO/FOTOLAR

Jurnalist Bakıda özünü maşına qəsdən çırpan şəxsləri ifşa etdi — VİDEO/FOTOLAR
15.01.2020 12:01
Özlərini qəsdən maşına toxundurub, sürücüdən pul tələb edən adamların mövcudluğu barədə mediada, sosial şəbəkələrdə dəfələrlə yazılıb. Belə cinayət xarakterli əməllərlə məşğul olan iki şəxsi 14 yanvar 2020-ci il günorta saatlarında "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli ifşa edib.

Redaktor başına gələnləri belə nəql etdi: "Təxminən saat 13:20 radələrində Koroğlu Rəhimov küçəsində maşınımı ustadan götürüb, işə gəlirdim. Koroğlu Rəhimov küçəsindən "Elit” ticarət mərkəzinin qarşısından keçən yola çıxıb, yenicə hərəkətə başlamışdım. Avtomobillər üçün nəzərdə tutulan hərəkət zolağında iki nəfər addımlayırdı. Onlara çatanda həmin iki nəfər yolun ortasına doğru bir az da çıxdılar və maşın onların tam paralelində olanda biri yumruğu ilə avtomobilin sağ yan qapısı istiqamətində zərbə vurdu. Zərbə maşının yan sağ güzgüsünü tutdu və güzgü zədələndi. Əslində dərhal başa düşmüşdüm ki, bu adamlar özünü maşınlara çırpıb pul tələb edənlərdəndir. 

Maşında kamera var və bütün proses çəkilib. Avtomobili saxlayıb, elə mövqe seçdim ki, həmin adamlar kameranın qarşısına keçsinlər, üzləri də aydın düşsün, onları tam ifşa edə bilim. Mənə çatanda "sən neynirsən” deyəndə, "bütün proses kameraya düşüb, cinayət törətmisiniz və cəzalanacaqsınız” deyəndə, ikisi də dələduzlara xas jarqonlarla "məgər biz pul tələb elədik səndən?”, "mən əlimi sağa uzadırdım ki, telefonumu qulağıma aparım, maşına dəydi” kimi çaşdırıcı variantlara əl atdılar.

Maşına zərbə vuran adamın əlinə diqqət etdim, barmaqları maşınlara özünü qəsdən çırpması səbəbindən qaralmışdı, əlinin üstündə tamamilə qaysaq bağlamış, aylardan bəri qalan yaralar vardı. Özünə də bildirdim ki, əlindəki yaralar məhz belə axmaq işləri hər gün təkrarladığına görə bu gündədir və bütün bunlar onun dələduz olduğunu isbatlayır. 

Tam ifşa olunduğunu bildikləri üçün bu dəfə yalvarmağa başladı, dedi ki, guya "malyardır” və ona görə əlində köhnədən qalan yaralar var, şikayət etməyim. Onlara məhəl qoymayıb, sürüb gəldim. Həmin şəxslərin üzləri videoya düşüb, onları hüquq-mühafizə orqanlarının tapıb cəzalandırması çətin olmayacaq. Bu naqis adamlar bəlkə indiyədək neçə-neçə sürücünü şərləyib”.


(Musavat.com)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol