• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada meyiti tapılan Səlimlə bağlı YENİ XƏBƏR: “Prokurorun sanksiyasını gözləyirik”

Rusiyada meyiti tapılan Səlimlə bağlı YENİ XƏBƏR: “Prokurorun sanksiyasını gözləyirik”
15.01.2020 15:38
Moskvada kimsəsizlər qəbiristanlığında dəfn edilən Hacalıyev Səlim Akif oğlu ilə bağlı yeni xəbər var.

Rusiya Federasiyasının Kirov Vilayətindən Rusiya İctimai Palatasının üzvü Elnur Hüseynovun Lent.az -a verdiyi məlumata görə, artıq Səlimin yaxın qohumu onun anasının verdiyi etibarnamə ilə Moskvaya gəlib.

"Bizim hüquqşünaslar ona dəstək olacaqlar. Hazırda eksqumasiya ilə ilə bağlı proseslər gedir. Prokurorun müvafiq sanksiyasını gözləyirik. Sanksiya verilən kimi meyitin eksqumasiyası baş tutacaq və onun nəşi Bakıya göndəriləcək”.

Elnur bəyin dediyinə görə, meyit "200 nömrəli yük” kimi sənədləşdirildiyindən, bu da bir qədər vaxt apara bilər. Amma bütün bunlara baxmayaraq nəşin göndərilməsində heç bir problem yoxdur. "Diaspora lazımi vəsaitlə bu məsələləri həll edəcək”.

Hüseynov bəzi telekanallardan və portallardan da narazılığını bildirdi. Onun dediyinə görə, bəzi KİV-də Səlimin anasının guya oğlundan imtina etdiyi barədə lüzumsuz xəbərlər gedib. Sensasiya və reytinq naminə əsası olmayan informasiyalar yayırlar.

"Bu, qətiyyən elə deyil. Anası vaxtsız dünyadan getmiş oğlunun faciəli vəfatından hələ də özünə gəlməyib. Gözünün yaşı qurumur, oğlunun heç olmasa cansız bədəninin Azərbaycanda dəfn edilməsini istəyir. Biz də maksimumu bu işi tezləşdirməyə çalışacağıq”, deyə o bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol