Bakıda 82 yaşlı qadın evində ölü tapılıb

Bakıda evdə meyit tapılıb.
Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Yaqodina Tamara Pavlovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
www.anews.az
























