• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər Azərbaycandan çıxa bilməzlər - SƏBƏB

Bu şəxslər Azərbaycandan çıxa bilməzlər - SƏBƏB
23.01.2020 11:35
Hər gün Daxili İşlər Nazirliyinin kriminal statistikasında rast gəldiyimiz məlumatlardan biri də axtarışda olan və borclu şəxslərin saxlanılmasıdır. Amma həmin şəxslərin nəyə görə axtarışda olması barədə dəqiq məlumatlar verilmir.

 

Keçmiş polis rəisi Mahmud Hacıyev bildirib ki, yalnız barəsində cinayət işi açılan şəxslər axtarışa verilə bilər.

"Ancaq haqqında cinayət işi açılan insanlar axtarışa verilir. Əgər kimsə istintaq zamanı qaçıbsa müstəntiq, məhkəmə prosesi zamanı qaçıbsa, məhkəmə qərar verərək həmin şəxsi axtarışa verə bilər. Axtarılanlar əsasən, hansısa cinayətdə şübhəli bilinən, yaxud itkin düşən şəxslər olurlar. Cinayət işi açılmasa və ya itkin düşmə faktı olmasa axtarış elanı verilə bilməz. Axtarışla bağlı şəxsin qeydiyyatda olduğu ərazi üzrə polis idarəsi və məhkəmə orqanı cavabdehdir”.

Borculu şəxslərə də cinayət işi açıldığını deyən M.Hacıyev, onların borcu ödədikdən sonra sərbəst buraxıldığını bildirib:

"Borclu qismində axtarışlar da cinayət işi açılmadan başlaya bilməz. Məsələn, Vergilər Nazirliyində də istintaq şöbəsi var ki, vergilərdən yayınan şəxslər barəsində cinayət işi qaldırırlar. Yalnız bundan sonra vergidən yayınan şəxslərin axtarışına başlanıla bilər. Bu, digər orqanlara da aiddir. Banklar, marketlər, mağazalar və digər borcu qaytarmayan şəxslər barəsində polisə məlumat verdikdən və şəxsin barəsində cinayət işi açıldıqdan sonra axtarışlara start verilə bilər. Bundan əlavə, borca görə ölkədən çıxışına qadağa qoyulan şəxslər də sərhəd keçid məntəqələrində saxlanılır. Borca görə saxlanılan şəxslər müvafiq orqana təhvil verilir, borcu ödənildikdən sonra sərbəst buraxılır”.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol