• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanı vahiməyə salan qorxunc virus Azərbaycana gəlib? - RƏSMİ AÇIQLAMA

Dünyanı vahiməyə salan qorxunc virus Azərbaycana gəlib? - RƏSMİ AÇIQLAMA
23.01.2020 11:31
Çində aşkarlanan sətəlcəmin yeni növünün Azərbaycanda yayılma riski istisna deyil.

Bu barədə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev BAKU.WS-ə bildirib.

Alimin sözlərinə görə, indiki virus təhlükəli olması ilə fərqlənir.

"Koronovirusların 37-dən artıq növü var. Yeni virus da koronoviruslara daxildir. Həmin virus tibbi gedişə görə ağır hesab olunur.

Bu gün Çində xəstələnən insanların sayı 300 nəfəri ötüb. Ölənlərin sayı 15 nəfəri ötüb. İnsandan insana yoluxma sıx təmasla keçir.

Azərbaycana gəlib çıxması istisna deyil. Turizm və ticarət ilə əlaqəli yerlərə gedən azərbaycanlılar qayıdarkən həmin virusa yoluxa bilərlər”, - deyə Cəlal İsayev bildirib.

Baş infeksionist çıxış yolu kimi də bəzi tövsiyələrini verib:

"Çinə gedən insanlar özlərini gözləməlidir, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmaq lazımdır. Ən azından maska geyinməlidirlər.
Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bu səbəbdən Çindən ölkəmizə gələnləri nəzarətə götürməliyik.

Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı işləyib hazırlayır. Onlar nəzarətə götürülməli, xəstə insanlar izolyasiya olunaraq nəzarət altında saxlanılmalıdı
Azrəbaycanda insanlar özlərini qorumalıdırlar. İnsanların sıx olduğu yerdə kənar olsunlar. Xüsusi respirator əlaməti olan insanlardan uzaq olsunlar.

Maskalardan istifadə etsinlər. Termiki işlənmiş qidalardan istifadə etsinlər. Əllərini təmiz saxlasınlar. Onlar dizenfeksiyaya həssasdırlar və tez tələf olan viruslardır.
Xəstələn kimi həkimə müraciət etsinlər. Çünki bu virusa yoluxan zaman nəzarətsiz buraxıldıqda, təhlükəli fəsadlara yol verə bilər”.

Cəlal İsayev onu da vurğulayıb ki, koronovirus əslində keçən əsrin axırlarında yayılan xəstəlikdir:
"1965-ci ildə aşkarlanan virusdur.

Əksər növləri insanda yüngül keçən resperator xəstəlikdir. Bunlar əsasən renit və zökəm əlamətləri ilə özünü biruzə verir.

Çox hallarda tez sağalır və problemsiz ötüşür. Bu viruslar xarici təsirə çox davamsızdırlar. Bu viruslar yüksək tempratura çox davamsızdırlar. İnsanda 37 dərəcə istilikdə 3-4 saata məhv olur.

Bu viruslar ilin soyuq vaxtlarında çox qala bilirlər. Bu səbəbdən də, qış aylarında yayılır. Hava damcı yolu və qida ilə insanlara yoluxur.

Əsasən ev heyvanlarında müşahidə olunur. Heyvanlardan insanlara keçə bilir”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol