• $
  • €
  • ₽
  • ₺
  • £

“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir” - Xuraman Şuşalıdan şok ittiham

“AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir” - Xuraman Şuşalıdan şok ittiham
23.01.2020 11:52
İllər öncə onu tanıyanlar nə zamansa hicab bağlayıb, ibadət edəcəyini, ailə qurub 4 uşaq anası olacağını ağlına belə gətirməzdilər. Çünki zamanında səhnədə sərbəst geyimi, davranışı ilə kifayət qədər diqqət çəkmişdi. Amma bu gün şou-biznesinin ən çoxuşaqlı müğənnilərindən biridir. Söhbət Xuraman Şuşalıdan gedir.

"Anews.az” xəbər verir ki,  News24.az-a müsahibə verən xanım ifaçı maraqlı açıqlamaları ilə diqqət çəkib. İfaçı hicablı olduğuna görə bəzi problemlərlə qarşılaşdığını deyib. O, AzTV telekanalının hicabına görə onu efirə buraxmadığını dilə gətirib:

"AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir. Halbuki, mən  o televiziyada böyümüşəm. "Bənövşə” uşaq xorunda oxumuşam, AzTV-nin solisti olmuşam, "Qızıl Fond”da ifalarım var, "Arşın mal alan”da Telli obrazını canlandırmışam, Tofiq Tağızadə, Tükəzban İsmayılova, İslam Rzayev məktəbini görmüşəm, konservatoriyada oxumuşam, ali musiqi təhsili almışam. Hətta bu gün pedaqoq kimi çalışıram.  Niyazi adına musiqi məktəbində müəlliməyəm. Ancaq təssüf ki, müəyyən qapılar var ki, gedib onları döyməlisən. Fəxri ad almaq üçün müraciətlər etməlisən. Bunların heç birini etməmişəm və qarşıma çıxan heç bir şanslardan da yararlanmamışam. Halbuki kiməsə deyə bilərdim ki, "mən də fəxri ad istəyirəm”, Amma düşünürəm, nahaq. İndidən sonra bunu edəcəm, etmək lazımdır. İndi Fəxri ad almaq istəyirəm. Çünki bunun üçün yetərincə fəaliyyətim olduğunu düşünürəm”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol